Red Bull Shakh Carpet 2018

Bəli, o qayıdır!

Red Bull Shakh Carpet - qışın ən macəralı, şən və ekstremal yarışması 18 fevral 2018-ci il tarixində Şahdağ Turizm Kompleksində keçiriləcək.

Artıq ənənəyə çevrilən və hərfi mənası “Xalçaların Şahı” olan yarışmanın əsas ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinib, dağdan

enmək üçün istənilən vasitələrlə təchiz olunan iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların yarışma üçün düzəltdikləri xüsusi hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır!

Komandaların qeydiyyatı – redbull.az/shakhcarpet

Qeydiyyatdan keçmək üçün iştirakçılar qabaqcadan komandanın kreativ konsepsiyasını və adını fikirləşməli, xalça ilə sürüşmək üçün hərəkət vasitəni düzəltməli, həmçinin səhnəcik və şən kostyumlar hazırlamalıdırlar. Yarışmada iştirak üçün 20 ən maraqlı komanda seçiləcək.

– Komanda 3-5 iştirakçılardan ibarət olmalıdır.
– Əldəqayırma hərəkət vasitələrin qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün istənilən digər vasitələrdən istifadə edilə bilər. Təkərlərin istifadəsi qadağandır.
- Konstruskiyanın mümkün olan maksimal ölçüləri:
Uzunluğu: 3m; Enliyi: 2.5m; Hündürlüyü: 2.2m; Ağırlığı: 80kq
– Hər komandanın çıxışı üçün 5 dəqiqə verilir (səhnəcik – eniş – tullanma).
– Hər komanda münsiflər tərəfindən növbəti meyarlara əsasən qiymətləndiriləcək:
fəndin (tullanmanın) icra texnikası, geyimin və səhnəciyin yaradıcılığı və tamaşaçıların simpatiyası.
- Qeydiyyat 13 yanvar 2018-ci il tarixinə qədər davam edəcək.

Soyuq bir qış gününü qızmar ab-havada keçirəcəyinə tam zəmanət veririk!

Komandaların qeydiyyatı – redbull.az/shakhcarpet
Əlavə sualın varsa zəng et: 050 700 8700
Yarışma Şahdağ Turizm Kompleksinin dəstəyi ilə keçirilir.

▼ Show More Information

KP29 Gusar Leze Motor Road, AZ3800
Qusar
18 February , Sunday 09:00

More Events Nearby

 09 February , Friday
 Red Carnation, Quba